Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE

Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
SOSİAL
14:16 10.02.2026
1298
 Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
 
 Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
 
AZXEBER.COM Azər Mursaqulovun dosyesini təqdim edir:

Azər Mursaqulov Türkiyənin Boğaziçi Univesitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.

2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri işləyib.

2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2019-cu ildən etibarən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktorudur

OXŞAR XƏBƏRLƏR