Ştaynmayer ikinci müddətə Almaniya prezidenti seçilib

Ştaynmayer ikinci müddətə Almaniya prezidenti seçilib
DÜNYA
08:34 14.02.2022
374
Almaniya Federal Məclisi prezident Frank-Valter Ştaynmayeri ikinci müddətə yenidən seçib.
 
AZXEBER.COM xəbər verir ki, o, artıq səsvermənin ilk turunda Federal Məclisdə səslərin mütləq əksəriyyətini qazanıb və ikinci müddətə Almaniyanın prezidenti seçilib.

Qeyd edək ki, fevralın 13-də parlament xüsusi olaraq dövlət başçısının seçilməsi üçün toplaşıb. 1425 etibarlı səsdən 1045-i siyasətçinin lehinə səs verib. 86 məclis üzvü bitərəf qalıb. 294 nəfər isə digər namizədlərə səs verib.
OXŞAR XƏBƏRLƏR