STEAM Azərbaycan Festivalı başladı

STEAM Azərbaycan Festivalı başladı
SOSİAL
11:58 17.11.2025
96
Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) başlayıb. 

AZXEBER.COM xəbər verir ki, festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 22 ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.

Beynəlxalq STEAM Azərbaycan Festivalı-2025 19 noyabr tarixinədək davam edəcək.
OXŞAR XƏBƏRLƏR