Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun üçüncü günündə də maraqlı anlar yaşanıb.Showlife.Az xəbər verir ki, iştirakçılar bu dəfə stilist Anar Ağakişiyevin oyundan uzaqlaşdırılmasını istəyiblər.
Tamaşaçıların səsverməsi nəticəsində Anar 68.62 faiz səs toplayaraq yarışmada mübarizəni davam etdirmək şansı qazanıb və aparıcı Şəhriyar Əbilovu oyundan uzaqlaşdırıb. Qeyd edək ki, daha bir iştirakçı Eduard Məmmədov da şoudan gedib. Buna səbəb idmançının ailəsində olan problemlər göstərilib.
Şəhriyarın "Maşın"dakı son anlarını təqdim edirik: