Stiven Cerrard koronavirusa yoluxdu

Stiven Cerrard koronavirusa yoluxdu
DÜNYA
23:30 25.12.2021
429
İngiltərənin "Aston Villa" futbol komandasının baş məşqçisi Stiven Cerrardın koronavirus testi müsbət nəticə verib.

AZXEBER.COM-un klubun rəsmi saytına istinadən məlumatına görə, 41 yaşlı mütəxəssis "Çelsi" və "Lids"lə Premyer Liqa qarşılaşmalarında iştirak edə bilməyəcək.

Oyunlar dekabrın 26-da və 28-də olacaq.

Qeyd edək ki, "Aston Villa" 17 oyundan 22 xalla 10-cu yerdə gedir.
OXŞAR XƏBƏRLƏR