Stiven Cerrard Yunanıstan klubunun baş məşqçisi ola bilər

İDMAN
20:42 19.04.2023
248
İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Stiven Cerrard Yunanıstan "Olimpiakos"unun baş məşqçisi təyin oluna bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, agentlər Afina təmsilçisinə 42 yaşlı mütəxəssisi təklif ediblər.

O, hazırda bu posta əsas namizəd hesab edilir.

Qeyd edək ki, Stiven Cerrard son olaraq, ölkəsinin "Aston Villa" klubuna başçılıq edib.
OXŞAR XƏBƏRLƏR