Stiven Nikol: "Mxitaryanın Avropa Liqasının final matçında iştirakdan imtina etməsi itki deyil"

Stiven Nikol: "Mxitaryanın Avropa Liqasının final matçında iştirakdan imtina etməsi itki deyil"
İDMAN
16:00 24.05.2019
3802
"Arsenalın" yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıda UEFA Avropa Liqasının final matçında iştirakdan imtina etməsi itki deyil.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu ESPN telekanalının şərhçisi Stiven Nikol deyib.

O bildirib ki, adətən futbolçu üçün final matçını buraxmaq ağır zərbə və faciədir:

"Karyerasının sonunda futbolçuya yalnız xatirələr və videogörüntülər qalır. Mən əmin deyiləm ki, Mxitaryan bu oyunda uğurlu çıxış edə bilərdi. Futbol elə bir oyundur ki, burada hər şey ideal olmalıdır. Amma o, ideal deyildi. Onun "Arsenal"a keçdikdən sonra oyununu nəzərə alsaq, fikirləşmirəm ki, o, komanda üçün itki olacaq. Oyundan imtina düzgün ismarıc deyil. Oyunu oynamaq lazımdır. Fikrimcə, bu, düzgün qərardır".
OXŞAR XƏBƏRLƏR