Stokholmda avtobus dayanacağa çırpıldı: Ölənlər var

Stokholmda avtobus dayanacağa çırpıldı: Ölənlər var
DÜNYA
21:29 14.11.2025
82
Stokholmun (İsveç) şimal-şərqində avtobus dayanacağa çırpılıb. Hadisə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsveç polisi öz saytında məlumat yayıb.

Məlumata görə, Texniki Universitetin yaxınlığındakı Valhallavagen küçəsində avtobus bir neçə nəfəri vurub. Polis hələlik qurbanların sayını, cinsini və yaşını açıqlamayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni ağır cinayət kimi təsnif ediblər.

İnsidentin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR