Stoldakı telefon partlayaraq yeniyetmənin gözünü yaraladı

Stoldakı telefon partlayaraq yeniyetmənin gözünü yaraladı
DÜNYA
00:06 14.07.2022
516
Yemək zamanı stolun üstündəki telefon partlayaraq yeniyetmənin gözünü zədələyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın şimal-şərqindəki Searanın Pedra Branca bələdiyyəsində yaşayan Leandro Brasil Silvanın cəmi 3 ay əvvəl aldığı telefon yemək yeyərkən partlayıb, nəticəsində o, gözünü yaralayıb. Gəncin bir gözünün kor olması ehtimalı var.

Ailənin dediyini görə, stolun üstündə olan və heç enerji yığmayan telefon yemək yeyərkən partlayıb və gəncin gözünə ilişib. Bir gözündən ağır yaralanan gənc dərhal xəstəxanaya çatdırılıb.

Silvanın bacısı qardaşının hazırda bir gözündə 60%-ə yaxın görmə itkisi olduğunu və tam sağalmasının çətin olduğunu söyləyib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR