Stoltenberq ABŞ dövlət katibi ilə Çin və Ukraynanı müzakirə edib

Stoltenberq ABŞ dövlət katibi ilə Çin və Ukraynanı müzakirə edib
DÜNYA
18:18 04.04.2023
175
NATO baş katibi Yens Stoltenberq Alyansın Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Bu barədə NATO-nun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Stoltenberq Ukraynaya verdiyi dəstəyə görə Blinkenə təşəkkür edib.

Tərəflər Kiyevə davamlı dəstəyi, Çinin iddialı davranışı və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
OXŞAR XƏBƏRLƏR