Stoltenberq: Bütün NATO ölkələri Ukraynanın təşkilata üzv olması ilə razılaşır

Stoltenberq: Bütün NATO ölkələri Ukraynanın təşkilata üzv olması ilə razılaşır
DÜNYA
17:30 18.05.2023
183
Bütün NATO ölkələri Ukraynanın təşkilata üzv olması ilə razılaşır.

Bunu "Der Spiegel”ə müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Alyansa üzv olan ölkələrin dövlət başçıları da əvvəlki sammitlərdə bu fikri təsdiqləyiblər.

"Lakin indiki halda ən vacib vəzifə hərbi münaqişədə Kiyevə kömək etməkdir”, - Stoltenberq vurğulayıb.

Münaqişə aparan ölkənin NATO-ya üzv olub-ola bilməsi ilə bağlı sualı cavablandıran Baş katib bununla bağlı masada müxtəlif təkliflərin olduğunu diqqətə çatdırıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR