Stoltenberq: F-16 təyyarələrini Ukraynaya tez verməliyik

Stoltenberq: F-16 təyyarələrini Ukraynaya tez verməliyik
DÜNYA
17:36 23.02.2024
175
F-16 təyyarələri Ukraynaya mümkün qədər tez verilməlidir.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) "Azadlıq” radiosuna müsahibəsində deyib.

"Biz hamımız qırıcıların mümkün qədər tez Ukraynada olmasını istəyirik”, - o bildirib.

Amma Y.Stoltenberq dəqiq tarix açıqlamayıb.

Baş katib, həmçinin qeyd edib ki, rəsmi Kiyevin özünümüdafiə hüququ var.
 
///Report
OXŞAR XƏBƏRLƏR