Stoltenberq İtaliyanın yeni Baş naziri ilə Ukraynanı müzakirə edib

Stoltenberq İtaliyanın yeni Baş naziri ilə Ukraynanı müzakirə edib
DÜNYA
18:23 27.10.2022
190
NATO Baş katibi Yens Stoltenberq və İtaliya Baş naziri Ciorcia Meloni arasında telefon danışığı olub.

Bu barədə Stoltenberq "Twitter"də bildirib.

"İtaliya NATO-nun çəkindirmə siyasətinə və müdafiəmizə mühüm töhfələr verən sadiq müttəfiqdir və Ukraynaya dəstək verən aparıcı müttəfiqdir”, Stoltenberq vurğulayıb.

Baş katib qeyd edib ki, NATO Ukraynanın özünümüdafiəsini dəstəkləməkdən çəkinməyəcək və nə qədər lazımdırsa, bu ölkəyə dəstək verəcək.

ANSA agentliyinin verdiyi məlumata görə isə, İtaliya hökumət başçısı ölkəsinin Rusiyanın təcavüzünə qarşı Ukraynaya tam dəstəyini və qlobal yanaşma fonunda NATO-nun bütün strateji istiqamətlərdən gələn müxtəlif növ təhlükələrə qarşı mübarizədə öhdəliklərin artırmasının vacibliyini təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR