Stoltenberq: NATO ölkələri Ukraynaya yardım etməkdən yorulmamalıdır

Stoltenberq: NATO ölkələri Ukraynaya yardım etməkdən yorulmamalıdır
DÜNYA
20:40 21.11.2022
191
NATO ölkələri Ukraynaya yardım marafonunda yorulmamalıdır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Madriddə keçirilən 68 sessiyası çərçivəsində parlamentarilərin suallarını cavablandırarkən deyib.

"Biz "Ukrayna yorğunluğu"na icazə verməməliyik. Biz bu müharibədə Prezident Putinin qalib gəlməsinə icazə verə bilmərik. Bu, Ukrayna üçün ağır nəticə ilə yanaşı, həm də bizim marağımıza uyğun deyil. Bu, bizim demokratiyamız və təhlükəsizliyimiz üçün vacibdir".

Stoltenberq deyib ki, Ukraynaya dəstəyin davam etdirilməsi Alyansa üzv ölkələrin xalqlarından asılıdır.

"Vətəndaşlara bu dəstəyin davam etdirilməsin vacibliyi hər zaman çatdırılmalıdır", o əlavə edib.
OXŞAR XƏBƏRLƏR