Stoltenberq: NATO-nun 300 min nəfərlik yüksək hazırlıqlı qüvvəsi var

Stoltenberq: NATO-nun 300 min nəfərlik yüksək hazırlıqlı qüvvəsi var
DÜNYA
18:13 16.06.2023
267
NATO müttəfiqləri qoşunları üçün hərbi təlimlər proqramını genişləndirib.

Bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nəticə etibarı ilə hazırda NATO-nun 300 000 nəfərlik yüksək hazırlıqlı qüvvəsi var.

"Həmçinin bütün müttəfiqlərin ərazilərinin hər bir santimetrini qorumaq müdafiə etmək üçün Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin imkanları da gücləndirilib”, - Baş katib əlavə edib.
 

OXŞAR XƏBƏRLƏR