Ukraynadakı müharibə şəraitində Rusiya və Prezident Vladimir Putinin ambisiyalarını aşağı qiymətləndirmək təhlükəlidir.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq Norveçdə keçirilən konfransda deyib.
"Onlar itkilərə və əzablara dözmək üçün böyük iradə nümayiş etdiriblər. Bizdə Prezident Putinin Ukrayna ilə bağlı plan və məqsədlərini dəyişdirdiyinə dair heç bir işarə yoxdur. Ona görə də Rusiyanı qiymətləndirməmək təhlükəlidir”, - Baş katib qeyd edib.