Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) qalıqlarının Rumıniya ərazisinə düşməsinin qəsdən törədilmiş hücum ola biləcəyinə dair sübut yoxdur.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberq qeyd edib ki, Rumıniya rəhbərliyi PUA qalıqlarının aşkarlandığını təsdiqləyib:
"Rumıniya rəsmiləri dünən Alyans üzrə müttəfiqləri məlumatlandırıblar, hazırda araşdırma davam edir. Bizdə Rusiyanın qəsdən hücumu etməsi barədə məlumat yoxdur”, - deyə NATO rəhbəri vurğulayıb.
Xatırladaq ki, Rumıniya Prezidenti Klaus İohannisin sözlərinə görə, dağıntıların düşməsi təsdiqlənərsə, bu, ölkəsinin ərazi bütövlüyünün və suverenliyinin ciddi şəkildə pozulması olacaq.
Bunun ardınca isə dünən Rumıniyanın müdafiə naziri Angel Tilvar ölkə ərazisinə Rusiyaya məxsus PUA qalıqlarının düşməsi faktını təsdiqləyib.
///Apa