'Strateji Araşdırmalar Mərkəzi 2013-cü ildə Pensilvaniya Universitetinin reytinq sorğusuna əsasən dünyanın öndə gedən beyin mərkəzləri sırasında göstərilib'

SİYASƏT
18:45 19.06.2013
1794

“Son zamanlar bir çox dövlətlər özünün davamlı inkişaf konsepsiyalarını hazırlayıb və bu çərçivədə müəyyən inkişaf proqramları yaradıblar”. APA-nın xəbərinə görə, bunu Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Bakıda keçirilən Ombudsmanların XI konfransının ikinci günündə çıxışı zamanı deyib. O bildirib ki, hər bir proqramın həyata keçirilməsi maliyyə resurslarının olmasını tələb edir və strateji araşdırma mərkəzləri doğru və müvafiq maliyyə mənbələrinin seçilməsi üçün öz tövsiyələrini verə bilər: “Ayrı-ayrı ölkələrin strateji araşdırmalar mərkəzlərinin əməkdaşlığı, onların birgə fəaliyyəti, fikir mübadilələri bu prosesi daha da sürətləndirir. Həm də ölkələrin iqtisadi, siyasi, sosial və mədəni baxımdan bir-birilərinə inteqrasiya olması strateji araşdırmalar mərkəzlərinin birgə fəaliyyətini zəruri edir. Bu zaman əldə olunan nəticələr də daha effektiv olacaq və biz davamlı inkişafın təmin olunması üçün ən uyğun proqramların hazırlanmasına nail olacağıq”.

F. Məmmədovun sözlərinə görə, davamlı inkişaf dedikdə elə inkişaf başa düşülür ki, o inkişaf tipi indiki nəsillərin tələbini ödəyir və gələcək nəsillərin tələbənin ödənilməsini də təhlükə altına almır. O qeyd edib ki, Davamlı İnkişaf Konsepsiyasının əsas ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır.

SAM-ın direktoru hesab edir ki, müasir dövrdə beyin mərkəzlərinin rolu dəfələrlə artıb: “Beyin mərkəzləri elm və siyasət arasında bir körpüdür. Beyin mərkəzi olaraq strateji araşdırma mərkəzləri dövlətlər və onların cəmiyyətləri arasında güvənli bir bağlantı rolunu oynayırlar. Onlar ilk olaraq insanları müəyyən formada maarifləndirməlidirlər. Çünki dayanıqlı inkişafın əsasında birinci növbədə insan kapitalı durur və bu gün dünya ölkələri çoxillik davamlı inkişaf proqramlarını hazırlayaraq qəbul ediblər. Strateji araşdırma mərkəzlərinin əsas məqsədlərindən biri də bu proqramlar çərçivəsində insan kapitalını yetişdirməkdir. Yaşı az olmasına baxmayaraq, Strateji Araşdırmalar Mərkəzi 2013-cü ildə Pensilvaniya Universitetinin reytinq sorğusuna əsasən dünyanın öndə gedən beyin mərkəzləri sırasında göstərilib”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək