Avropa, Ukrayna və ABŞ nümayəndələri arasında Osloda keçirilən danışıqlar qısa və uzunmüddətli perspektivdə real irəliləyişə nail olmağa imkan verib.
"The Guardian" nəşri xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb bildirib.
"Biz sabah Sankt-Peterburqda təqdim olunacaq bəzi sülh razılaşmalarına nail olduq. Bizim vəzifəmiz müharibəyə son qoymaq üçün mümkün olan hər şeyi etməkdir. Hesab edirəm ki, bu gün doğru istiqamətdə bir addım oldu", - o qeyd edib.
Stubbun sözlərinə görə, danışıqlar əsas məsələlər üzərində cəmlənib. Tərəflər hava hücumundan müdafiə, energetika, eləcə də enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün qismən atəşkəs məsələlərini müzakirə ediblər.
Bundan əlavə, Finlandiya Prezidenti vurğulayıb ki, texniki səviyyədə danışıqçılar bir-birini başa düşürlər.
///report///










































