"Üstümdə nəyim var, hamısı orijinaldır” - Əflatun Qubadov

"Üstümdə nəyim var, hamısı orijinaldır” - Əflatun Qubadov
MAQAZİN
23:12 06.06.2023
329
Müğənni Əflatun Qubadov qatıldığı şou-proqramlardan birində maraqlı açıqlama verib.

AZXEBER.COM lent.az-a istinadən bildirir ki, müğənni saçlarını boyayıb-boyamaması barədə suala maraqlı cavab verib.

"Üstümdə nəyim var orijinaldır. Ömründə saçıma boya dəyməyib. 55 yaşıma girmişəm, başımdan nə bir tük düşüb, nə də saçımda ağ tellərim var", -  müğənni qeyd edib.

O əlavə edib ki, kosmetik prosedurlar edənləri, saçlarını boyadanları qınamır, lakin bunu özünə yaraşdırmır.

"Bəziləri parik taxır, bəziləri saç əkdirir. Kim edirsə özü bilər. Mənə yaraşmaz, mən heç vaxt eləmərəm", - o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR