Su anbarında batan 67 yaşlı kişinin meyiti tapıldı

Su anbarında batan 67 yaşlı kişinin meyiti tapıldı
SOSİAL
20:58 21.08.2025
240
Xəbər verildiyi kimi, 20 avqust 2025-ci il tarixində Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, axtarışlar nəticəsində su anbarında batmış 1959-cu il təvəllüdlü Aslanov Mirmusa Güləhməd oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR