Yanvarın 31-də Nizami rayonu R.Rüstəmov küçəsi 47 ünvanında yaşayan ahıl yaşlı qadının keçmiş qonşusu Kirill adlı şəxs su istəmək adı ilə mənzilinə daxil olaraq ona bıçaqla hədə-qorxu gəlib.
AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, o, qadının sol əlinə xəsarət yetirib və mənzildə olan qiymətli əşyaları götürərək hadisə yerindən qaçıb.
Quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov saxlanılıb və o, ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.