Su keçirməyən smartfon satışa çıxarılacaq

MARAQLI
16:05 22.02.2012
1691
Yaponiyanın "Panasonic" korporasiyası "Eluga" smartfonunu təqdim edib. "Android" əməliyyat sistemi ilə çalışan smartfon su və toz keçirmir. Milli.az "Mashable"a istinadən bildirir ki, 4,3 düymlük 960x540 piksellik OLED displeyə malik smartfonun 1 qeqahers tezlikli 2 nüvəli OMAP4430 prosessoru var. Smartfonda Wi-Fi, 3G, GPS, NFC çipi, 8 meqapiksellik kamera var. "Eluga" 8 qiqabaytlıq yaddaşa malikdir. Smartfonun ağırlığı 103 qram, qalınlığı 7,8 millimetrdir. "Eluga"dan "Viera" televizorları, "Diga" pleyerləri və rekorderləri, "Panasonic" ev kinoteatrları və videomüşahidə sistemlərinin idarəetmə pultu kimi istifadə etmək olar. Smartfon aprel ayında satışa çıxarılacaq.
OXŞAR XƏBƏRLƏR