Bakının Nizami rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Trend-in məlumatına görə, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Qurum rəsmisi qeyd edib ki, "+82 Şərq" su anbarının çıxış xətlərinin birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar martın 25-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.