Su quyusuna düşən azyaşlı xilas edildi

Su quyusuna düşən azyaşlı xilas edildi
SOSİAL
22:47 03.09.2018
5415
Tovuz rayonunda azyaşlı quyuya düşüb. 
 
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Tovuzda 1 nəfər azyaşlı quyuya düşərək köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını dərinliyi təqribən 4 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR