“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib

“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib
SOSİAL
12:35 16.07.2025
272
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Su şəbəkələrinə qoşulma” işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov ötən müddət ərzində görülmüş işlər barədə danışıb.

Komissiya katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında su şəbəkələrinə qoşulması sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib. V. Şıxəliyev ölkə başçısı tərəfindən imzalanmış Qanun və Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Qaydalardan irəli gələrək vətəndaşların su şəbəkəsinə 3 prosedur və 30 gün ərzində qoşulmasının tam mümkün olunduğunu vurğulayıb. Yeni islahatların Dünya Bankı Qrupuna təqdim edildiyini və "Su şəbəkəsinə qoşulma” sahəsində əhəmiyyətli irəliləyişlərin mümkünlüyünü diqqətə çatdıran komissiya katibliyinin rəhbəri qoşulma prosesində iştirak edən sahibkarlar arasında müstəqil ekspertlər tərəfindən sorğuların aparılması və maarifləndirmə işlərinin daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib.

Gündəliyə uyğun olaraq "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası"nın tələblərinə əsasən cari dövr ərzində daxil olmuş müraciətlərin icra vəziyyəti barədə təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb və qoşulma proseslərinin icrası zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması mövzusunda müzakirələr edilib.

Dünya Bankı Qrupunun "Business Ready” hesabatının "Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin təqdimatı olunub.

İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, işçi qrupuna üzv olan digər aidiyyəti qurumların nümayəndələri, müstəqil ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, "Caspian Energy Club”ın nümayəndələri və sahibkarlar iştirak edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
16:42 16.07.2025
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
16:37 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
16:36 16.07.2025
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
16:34 16.07.2025
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
16:19 16.07.2025
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
Polis bu ərazilərə nəzarəti daha da gücləndirdi
16:09 16.07.2025
Polis bu ərazilərə nəzarəti daha da gücləndirdi
"Qızım atasını 10 ildən sonra görüb" - Lətafət
16:07 16.07.2025
"Qızım atasını 10 ildən sonra görüb" - Lətafət
Yasamalda küçə ticarəti problemi bitmir - VİDEO
16:03 16.07.2025
Yasamalda küçə ticarəti problemi bitmir - VİDEO
Beyləqanda evə basqın edib qadını öldürdülər
15:53 16.07.2025
Beyləqanda evə basqın edib qadını öldürdülər