Su təchizatına dair mütəmadi verilən suallar və onların CAVABLARI

Su təchizatına dair mütəmadi verilən suallar və onların CAVABLARI
SOSİAL
15:07 06.01.2026
154
Abonentlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumlarına və strukturlarına məlum əlaqə vasitələri ilə müxtəlif suallar ünvanlayır və operativ şəkildə dəqiq cavablar alırlar. 

AZXEBER.COM xəbər verir ki, bu kimi suallar içərisində vətəndaşların tez-tez müraciət etdikləri mövzuları əhatə edənləri də var. ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin sualları və onların cavablarını mərhələli şəkildə təqdim edir. 

İlk olaraq 5 sual və 5 cavabı diqqətinizə çatdırırıq.
 
Xatırladaq ki, bütün suallar və onların cavabları https://isst.gov.az/ rəsmi saytının "Faydalı" bölməsinə yerləşdirilib.

Tikinti obyektinin su təchizatı sisteminə qoşulması üçün nə etməliyəm?
-ASAN kommunal, ASAN xidmət mərkəzlərinə, elektron su (e-su.az) və elektron hökumət portallarına (e-gov.az), Kiçik və orta biznes evlərinə (KOB evləri) müraciət edərək "Texniki şərtin verilməsi" (su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma) xidmətindən yararlana bilərsiniz. 

İtirilmiş və ya zədələnmiş smart kartın əvəz edilməsi ödənişlidir?
-Sayğacın sərfiyyat yükləmə kartı itirildikdə və ya zədələndikdə onun yenisi ilə dəyişdirilməsi istehlakçının vəsaiti hesabına aparılır. Karta görə ödənilən məbləğ sayğacın markasına görə dəyişir. Elektromed (Alfasu sayğacı) - 15 manat, Metlab (Teksan sayğacı) - 10 manat, Abşeron (Abşeron ÇSS sayğacı) - 7 manat.

Hesabıma onlayn ödəniş etmişəm. Həmin məbləğin smart karta yüklənməsi üçün nə etməliyəm?
-Smart kartı kartoxuyucuya daxil etmədən balansa onlayn ödəniş edildikdə məbləğ karta deyil, abonentin hesabına yüklənir. Siz bu halda şəxsiyyət vəsiqəsi, ödəniş qəbzi və smart kartla birlikdə ASAN xidmət, ASAN kommunal mərkəzlərinə və ya yerli sukanal idarələrinə yaxınlaşaraq məbləği hesabınızdan karta yüklətdirə bilərsiniz. 

Əvvəlki dövrlərdən qalmış qalıq borcu birdəfəyə tam ödəyə bilmirəm. Borcumu hissə-hissə ödəmək üçün nə etməliyəm? 
-Xidmətlərimizdən istifadəyə görə vaxtında ödənilməyən börcunuzu hissə-hisə ödəyə bilərsiniz. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə birlikdə müvafiq rayon üzrə sukanal idarəsinə yaxınlaşaraq, qarşılıqlı razılaşma əsasında borcunuzun hissə-hissə ödənilməsinə dair protokol bağlamağınız tələb olunur. 

Ailə üzvlərimin sayında dəyişiklik olmasına baxmayaraq, hesablama əvvəlki kimi aparılır. Hesabatda dəyişiklik olunması üçün nə etməliyəm?
-Ünvan üzrə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü ərzində ərazi üzrə sukanal idarəsinə təqdim etməlidir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə (ölkə üzrə orta ailə tərkibi 4-5 nəfər təşkil edir) uyğun olaraq aparılır. Ailə tərkibində dəyişikliyin aparılmasını onlayn qaydada etmək üçün isə siz www.e-su.az saytında və ya mobil tətbiqində "e-xidmətlər" bölməsindən, www.isst.gov.az saytında "Elektron xidmətlər” bölməsindən və ya www.e-gov.az portalından ADSEA-nın təqdim etdiyi elektron xidmətlərin siyahısında "Abonent məlumatlarının dəyişdirilməsi” xidmətindən istifadə edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
13:53 18.09.2026
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
13:52 18.09.2026
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
13:17 18.09.2026
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR