Sualtı internet kabelləri SEPAH-ın hədəfində

Sualtı internet kabelləri SEPAH-ın hədəfində
DÜNYA
00:49 21.10.2026
114
İran Hörmüz boğazından keçən sualtı internet kabellərinin mümkün hərbi qarşıdurma zamanı hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü bildirib.

Onun sözlərinə görə, müharibə baş verəcəyi təqdirdə, Tehranın cavabı daha sərt olacaq və yeni silah növlərindən istifadə ediləcək.

SEPAH sözçüsü qeyd edib ki, Hörmüz boğazından qlobal internetin fəaliyyəti və kommersiya məlumatlarının ötürülməsi üçün mühüm əhəmiyyət daşıyan yeddi əsas sualtı kabel keçir. O, bu infrastrukturun mümkün hədəflər sırasında ola biləcəyinə diqqət çəkib.
 
///unikal///
OXŞAR XƏBƏRLƏR