Əməkdar artist Nigar Şabanova övladlığa uşaq götürüb.
AZXEBER.COM xəbər verir ki, müğənni bu haqda qatıldığı " verilişində deyib. O artıq 4 aydır ki, övladlığa uşaq götürdüyünü bildirib:
"Uşaqlığımın ən sağalmaz yarası idi ki, ana olum. İnşallah ailə həyatı qurduqdan sonra bu yara sağalar. Fikirləşdim ki, 30 yaşım var heç nədən əlimi üzməmişəm. Hardasa bir ümid bir yeri var. Artıq bir qızım var. Mən onu 9 ay bətnimdə gəzdirib, hiss etdirməsəm də inanıram ki, ona yaxşı bir ana olacam. Məni o qədər sevər, elə hiss edər ki, mən onu dünyaya gətirmişəm. Adı Nəfisədir."
Qeyd edək ki, əməkdar artist subaydır.