"Şübhəsiz ki, ”Qarabağ” bir nömrədi" - "Araz-Naxçıvan"ın baş məşqçisi

İDMAN
15:42 12.10.2023
256

"Araz Naxçıvan" klubun baş məşqçisi Azər Bağırov komandasının çıxışını dəyərləndirib.

Bu barədə AzxeberSport-a açıqlama verən mütəxəssis ilk dövrəni şərh edib:

"Düşünürəm ki, bu tempi qoruyacağıq. Demək olar ki, sıfırdan komanda qurmuşuq. Məcburuq ki, bu tempi qoruyaq. Hələki rəhbərliklə danışıqlarımız olmayıb. Düşündüyümüz mövqelər var ki, ora futbolçular ola bilər. Hətta Premyer Liqamızda oynayan bəzi futbolçuları heyətimizdə görmək istəyərik.

Məşqçi rəqiblərini də dəyərləndirib: 

Şübhəsiz ki, ”Qarabağ” bir nömrədi. Onlara qarşı oynamaq çətindir.Həm də zövqlüdür. "Qəbələ” "Zirə”ni də rəngarəng komanda adlandırmaq olar. Azərbaycan çempionatında çox az sayda top futbolçular var ki, onların da bəzisi "Sabah”dadır. Ümumiyyətlə güclü rəqiblərə qarşı oynamaq bizi inkişaf etdirir".

OXŞAR XƏBƏRLƏR