“Sübut eləməsəm, qulaqlarımı kəsərəm” - Rəhim Qazıyev

“Sübut eləməsəm, qulaqlarımı kəsərəm” -  Rəhim Qazıyev
SİYASƏT
12:18 21.05.2013
2729

Keçmiş müdafiə naziri müxalifət liderlərinin ünvanına sərt ittihamlar səsləndirdi.

“Nə İsa Qəmbər, nə də Əli Kərimli bu xalqı düşünürlər. Onları daha çox öz şəxsi maraqları düşündürür”. 

AZXEBER.COM-un məlumatına görə, bu fikirləri Modern.az saytına sabiq müdafiə naziri Rəhim Qazıyev bildirib. Ölkədə seçkiqabağı siyasi vəziyyətə münasibət bildirən keçmiş nazir Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlininin ünvanına ağır ittihamlar irəli sürüb. R.Qazıyev müxalifət liderlərini həmçinin görüşə çağırıb: “Mən nə İsa Qəmbəri, nə də Əli Kərimlini dəstəkləyirəm. Bu insalar ancaq öz maraqları naminə çalışırlar, onları nə xalq, nə də millət düşündürür. Problemlər qalıb qıraqda, bunlar aralarında bir-birlərini qırırlar ki, birinci mənəm. Əlini tərifləyən kimi Müsavat başlayır qırğın salmağa, İsanı tərifləyən kimi cəbhəçilər. Bu insanlar heç vaxt bir olmayıblar, olan da deyillər. İsa Qəmbər də, Əli Kərimli də Əbülfəz Elçibəyi özlərinə müəllim, yol göstərən seçmişdilər. Əlinin də, İsanın da, Mirmahmudun da başının üstündə Elçibəyin şəkli var. İsa Qəmbər 2000-ci ildə Elçibəyin tabutunun qarşısında baş əyirdi, amma 1998-ci ildə seçkilərdə geri durmadı ki, Əbülfəz bəy gəl, sən önə keç. İsa Qəmbər vahid komandanı parçaladı. Gəlsinlər oturaq bir yerdə görüşək, bu sözləri üzlərinə də deməsəm, sübut eləməsəm, qulaqlarımı kəsərəm. Bunlar 20 ildir millətdən nə istəyirlər. 2003-cü ildə mən həbsxanada olanda İsa Qəmbər xalqın qarşısında bildirdi ki, “siz mənə səs verin, sizi müdafiə eləmək mənlikdir”. Camaat meydana çıxanda İsa getdi evində oturdu. Mənim o yaşım deyil ki, nəyisə gopa basım”-deyə R.Qazıyev müxalifət liderlərini topa tutub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb