ABŞ-ın Texas ştatında süd fabrikində baş verən partlayışdan sonra baş verən yanğında 18 min inək tələf olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, aprelin 11-də yerli vaxtla saat 19.30 radələrində Dimmitt şəhərindəki Southfork Dairy Farm süd zavodunda partlayış baş verib.
Partlayışdan sonra baş verən yanğında süd zavodunda sıxışan işçi ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Səlahiyyətlilər partlayışın səbəbinin hələ müəyyən edilmədiyini bildiriblər.
Xatırladaq ki, ən son 2020-ci ildə Nyu Yorkda süd zavodunda baş verən yanğında 400-ə yaxın inək tələf olub.
Gülay