İspaniyada dənizdə boğulmaq üzrə olan uşaq pilotsuz təyyarə ilə havadan atılan xilasedici jiletlə xilas edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İspaniyanın Valensiya əyalətinin Saguntum şəhərində dənizdə boğulmaq üzrə olan 14 yaşlı uşaq havadan atılan dron və xilasedici jilet tərəfindən xilas edilib.
Səlahiyyətli şəxslər uşağın dənizdəki cərəyan və yüksək dalğalar səbəbindən sahilə yaxınlaşa bilməməsi və taqətdən düşdüyü fərq edilincə hərəkətə keçdiklərini bildiriblər. Xilasedici jiletini çətinliklə geyinən uşağı daha sonra əraziyə gələn xilasedicilər sahilə çıxarıblar. Xəstəxanaya aparılan yeniyetmənin 1 günlük müalicədən sonra evə buraxıldığı bildirilib.
Qeyd edək ki, 2017-ci ildən bəri dənizi müşahidə etmək və bölgədəki fövqaladə vəziyyətlərin dərhal qarşısını almaq üçün dronlardan istifadə olunur. Həmçinin Saguntum Bələdiyyəsi bu ilin yay mövsümündə 5 nəfərin dronlarla xilas edildiyini bildirib.
Oksana