Sudanda 72 saatlıq atəşkəs elan edildi

Sudanda 72 saatlıq atəşkəs elan edildi
DÜNYA
12:35 25.04.2023
153
Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında indiyədək 427 nəfərin həyatını itirdiyi qarşıdurmada tərəflər arasında 72 saatlıq yeni atəşkəsə qərar verilib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Sudanda "HDK-nın orduda tam iştirakını” nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə HDK arasında yaranan fikir ayrılıqları münaqişəyə çevrilib. İndiyədək münaqişələrdə 427 nəfər həyatını itirib, 3700 nəfər yaralanıb.

HDK-dan verilən açıqlamada, ABŞ-ın vasitəçiliyi ilə humanitar yardım dəhlizlərinin açılması, vətəndaşların və sakinlərin gediş-gəlişinin asanlaşdırılması, xəstəxanalara və təhlükəsiz bölgələrə çatdırılması, diplomatik nümayəndəliklərin boşaldılması üçün gecə yarısından etibarən 72 saatlıq humanitar atəşkəs qərarı verilib.
 
Əlcəzirə kanalına açıqlama verən hərbi səlahiyyətli şəxs ordunun ABŞ-ın vasitəçiliyi ilə üç günlük atəşkəsi qəbul etdiyini bildirib.

Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə HDK arasında silahlı toqquşmalar baş verib.
 
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisi (OCHA) aprelin 15-dən bəri paytaxt Xartum və digər şəhərlərdə baş verən qarşıdurmalarda 427 nəfərin öldüyünü, 3700 nəfərin yaralandığını açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR