Sudanda BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı öldürülüb

Sudanda BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı öldürülüb
DÜNYA
18:36 16.04.2023
205
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi və BMT-nin Sudandakı Keçid Dəstəyi Missiyasının rəhbəri Volker Pertez açıqlamasında bildirib.

Onun sözlərinə görə, aprelin 15-də Şimali Darfur ştatının Kabkabiya şəhərində Ümumdünya Ərzaq Proqramının üç işçisi vəzifə borcunu yerinə yetirərkən öldürülüb.
OXŞAR XƏBƏRLƏR