Sudanda BMT-nin yardım karvanına hücum olub, beş nəfər öldürülüb

Sudanda BMT-nin yardım karvanına hücum olub, beş nəfər öldürülüb
DÜNYA
20:50 03.06.2025
719
Sudanda BMT-nin aclıq olan ərazilərə ərzaq aparan yardım karvanına hücum olub.

Bu barədə BMT-nin Uşaq Fondu və Dünya Ərzaq Proqramının birgə bəyanatında deyilir.

Bildirilib ki, hücumda beş nəfər öldürülüb və Şimali Darfurun əl-Fəşir bölgəsində aclıqla üzləşən uşaqlar və ailələrə ərzaq çatdırılmasının qarşısı alınıb.

"Konvoyun beş üzvü həlak olub, daha bir neçə nəfər yaralanıb. Xeyli yük maşını yandırılıb, mühüm humanitar təchizata zərər yetirilib", - birgə bəyanatda vurğulanıb.
 
/Report
OXŞAR XƏBƏRLƏR