Sudanda bombalı hücum: Çoxlu sayda ölən var

Sudanda bombalı hücum: Çoxlu sayda ölən var
DÜNYA
11:31 04.07.2024
126
Sudanın qərbində yerləşən Şimali Darfur əyalətinin mərkəzi Faşirdə heyvan bazarını hədəf alan artilleriya atəşi nəticəsində 12 mülki vətəndaşın həlak olduğu, 20 mülki vətəndaşın isə yaralandığı bildirilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bəzi evlərə və məscidlərə edilən hücumların nəticəsində sayı hələ müəyyən edilməyən ölən və yaralananların olduğu da bildirilib.
 
Digər tərəfdən, Müqavimət Komitələri tərəfindən verilən başqa bir açıqlamada, şəhərdəki yeganə müalicə mərkəzi olan qidalanma mərkəzinin zədələnməsindən sonra qida çatışmazlığından əziyyət çəkən uşaqlar arasında ölüm hallarında artım olduğu qeyd edilib.

Dərman çatışmazlığından dolayı, böyrək çatışmazlığı və xroniki xəstəlikləri olan xəstələrin ölüm riski ilə üzləşdiyi vurğulanıb.
 
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) verdiyi açıqlamada ölkənin cənubundakı Sinnar vilayətinin mərkəzi olan Sincada qarşıdurmalar səbəbiylə köçkünlərin sayının 136 min 130 nəfərə yüksəldiyi bildirilib.

Sinnar əyalətinin bir sıra şəhərlərində Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmaların davam etdiyi qeyd edilib.
 
Oksana


OXŞAR XƏBƏRLƏR