Sudanda daşqınlar 1 milyondan çox insana ziyan vurub

DÜNYA
16:56 21.10.2024
137
BMT Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Cənubi Sudanda baş verən sel və daşqınlardan 1 milyondan çox insanın zərər çəkdiyini bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, OCHA-nın verdiyi açıqlamaya görə, ölkədəki daşqınlar təxminən 271 min insanı evindən didərgin salıb.
 
Bundan əlavə, yüz minlərlə insan iş yerlərini və kənd təsərrüfatı sahələrini itirib. 

Qeyd edək ki, ilin sonuna qədər Cənubi Sudanda normadan artıq yağıntılar səbəbindən yenidən daşqınların baş verə biləcəyi xəbərdarlığı edilib.
OXŞAR XƏBƏRLƏR