İyun ayından bəri ölkənin 11 əyalətində yağan güclü yağışlar nəticəsində yaranan daşqınlar nəticəsində ölənlərin sayının 173-ə yüksəldiyini bildirib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamaya görə, ölkədə həddindən artıq yağışlar və ardınca gələn daşqınlar 170 mindən çox insana təsir edib.
Daşqınlar nəticəsində ölənlərin sayı 173-ə, yaralıların sayı isə 505-ə çatıb. 18 min 665 ev tamamilə, 14 min 947 ev isə qismən dağılıb.
Qeyd edək ki, Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlar zamanı daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.
Ölkədə vəba epidemiyasından ölənlərin sayının 71-ə yüksəldiyi də bildirilib.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını çətinləşdirir.
Oksana