Sudanda Çevik Dəstək Qüvvələrinin bir kəndə təşkil etdiyi hücumlarda 180 nəfər həyatını itirib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sudan hökuməti baş verənlərlə əlaqədar beynəlxalq ictimaiyyəti RSF-ni terror təşkilatı kimi tanımağa çağırıb.
Bəyanatda iyrənc qətliamın pisləndiyi vurğulanıb və belə hücumların beynəlxalq ictimaiyyətin RSF və onun xarici muzdlularına qarşı hərəkətsizliyi nəticəsində baş verdiyi bildirilib.
"Bu, 1994-cü ildə Ruandada baş vermiş soyqırım qırğınlarında tətbiq edilən yanaşmaya bənzəyir”, - bəyanatda deyilir.
Bu səbəbdən Sudan hökuməti bu qətliamın beynəlxalq ictimaiyyətin RSF-yə baxışında dönüş nöqtəsi olmasını və onun bütün bəşəriyyət üçün təhlükə yaradan terror təşkilatı kimi qiymətləndirilməsini tələb edir.
Qeyd edək ki, sosial mediada paylaşılan görüntülərdə həyatını itirənlərin cansız bədənləri yan-yana düzülüb.
Mikayıl