AZXEBER.COM "Sudan Tribune"a istinadən xəbər verir ki, ölənlər arasında "Sürətli reaksiya qüvvələri"nin (SRQ) üzvləri də var.
Hadisə artıq təxminən üç ildir SRQ-nin nəzarətində olan və mütəmadi olaraq dron hücumlarına məruz qalan Kutum şəhərində baş verib.
Zərbə nəticəsində azı 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb, onlarla ev dağılıb. SRQ hücuma görə məsuliyyəti Sudan ordusunun üzərinə qoyub.
Qeyd olunur ki, son üç ayda Sudanda mülki obyektlərə dron hücumları nəticəsində təxminən 500 nəfər həlak olub.











































