Sudandakı münaqişələr səbəbindən minlərlə insan ölkəni tərk etdi

Sudandakı münaqişələr səbəbindən minlərlə insan ölkəni tərk etdi
DÜNYA
12:22 24.05.2023
151
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ölkədəki münaqişələr səbəbindən 300 mindən çox sudanlının qonşu ölkələrə sığındığını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Qrandi "Twitter” hesabında məlumat paylaşıb.

"300 mindən çox insan Sudandan qonşu ölkələrə keçib. Son bir neçə gündə çoxları Çad və Misirlə sərhədi keçib”, - deyə o bildirib.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında silahlı toqquşmalar baş verib.

Bundan əvvəl 7 dəfə təmin edilən atəşkəs hər iki tərəf tərəfindən dəfələrlə pozulub.

Xartumda humanitar vəziyyət pisləşdikcə, on minlərlə insan paytaxtı tərk edərək ölkə daxilində və xaricində daha təhlükəsiz gördükləri ərazilərə getməyə davam edir. Sudan Həkimlər Birliyi aprelin 15-dən bəri ordu ilə HDK arasında baş verən qarşıdurmalarda 863 mülki vətəndaşın həyatını itirdiyini, 3531 nəfərin isə yaralandığını açıqlayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR