Yük maşını ilə qəza anı avtomobilə quraşdırılan kameraya düşüb.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, görüntülərdə yük maşınının sürücüsünün qəzadan 18 saniyə əvvəl mobil telefonla oynaması əks olunub.
O, telefona baxdığına görə önünü görməyib və yük avtomobili qarşıdakı "Toyota" avtomobilinə çırpılıb.
Nəticədə "Toyota"dakı 4 uşaq anası hadisə yerində keçinib.
Hadisə Şotlandiyada baş verib. 66 yaşlı sürücü Yvonne Bləkman insan ölümünə səbəb olduğuna görə 5 il müddətinə azadlıqdan məhrum edilib.