Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu
SOSİAL
14:52 25.08.2026
134
Avqustun 21-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib. 

Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Şükufə Yusupova ailə üzvlərinin könüllü müraciəti əsasında avqustun 24-də Yeni Klinikaya təxliyə edilib.

"Hazırda Xalq artistinin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanıb. 

Qeyd edək ki, Şükufə Yusupova avqustun 21-də "İçərişəhər” metrostansiyasının yaxınlığında yolu piyada keçidindən keçərkən avtomobillə vurulub.

Hadisədən sonra o, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xalq artistinə ilkin zəruri tibbi xidmət göstərilib və müayinələr aparılıb. Müayinələrin nəticələrinə əsasən, ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR