Süleyman Mikayılovun Mahmudovdan aldığı yardım – Nazirlə başçının gizli işbirliyi

SİYASƏT
18:00 19.11.2015
8190

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov MTN-nin köməkliyi ilə sahibkarları qorxudurmuş.

Hələ adı 2012-ci ildən məmurlardan birinin təşkil etdiyi ziyafətdə Kəmaləddin Heydərovla mübahisə edən bir nazirə şapalaq vurmaqda hallanan Süleyman Mikayılovun qeyri-qanuni işləri corab söküyü kimi açılmağa başlayıb.

2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərən Süleyman Mikayılovun 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidenti olması ona “Heydərovların adamıyam” statusunu qazandırmışdı. (red: Federasiyanın prezidenti Kəmaləddin Heydərovdur)

AZXEBER.COM-a daxil olan etibarlı informasiyalara görə, əslində özünü hər yerdə “Heydərovların adamıyam” kimi təqdim edən Süleyman Mikayılov daha çox MTN-nin eks-naziri Eldar Mahmudovla sıx münasibətdə olub. Belə ki, bir çox məmurlar və icra başçıları kimi o da Mahmudovu razı salmaq üçün ona müxtəlif bahalı hədiyyələr almaqla özünü qorumağa çalışırmış.

Ancaq icra başçısının Eldar Mahmudovla yaxınlığı bununla bitmirmiş. Onların özlərinin ortaq işlərinin olduğu da istisna edilmir. Belə ki, Qaradağda iri daş karxanalarından əldə edilən gəlirlərlə böyük sərvətə sahib olan icra başçısı bəzən sahibkarlar üzərinə qoyduğu rüşvətləri tam olaraq yığa bilmirmiş. Buna səbəb isə bəzi sahibkarların qanuni fəaliyyət göstərmələrinə rəğmən rüşvət verməkdən imtina etmələri olub.

Həmin sahibkarlar icra hakimiyyətinin işçilərini acılayaraq, onlara heç bir rüşvət verməyəcəklərini dedikdə işə görülməz əllər daxil olurmuş. MTN ətrafında cərəyan edən son olaylardan sonra Süleyman Mikayılovun problemli sahibkarları məhz MTN əməkdaşları vasitəsi ilə qorxutduğu təsdiqini tapır.

Çünki Süleyman Mikayılovun qəzəbindən prezidentə müraciət edən sahibkarlar məktublarında“onların kim olduğunu soruşanda bizə vəsiqə göstərirdilər. Biz isə o vəsiqələri gördükdən sonra artıq etirazlarımızın mənasız olduğunu anlayırdıq” deyə bildirdilər. Və həmin adamlar “Süleyman müəllimlə baş-başa getməyin. Gedin razılaşın” deyərək ərazidən uzaqlaşırlarmış.

OXŞAR XƏBƏRLƏR