Süleyman Soylu bu il ərzində Türkiyəyə edilən hücumlardan danışıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində Daxili İşlər Nazirliyinin 2023-cü il büdcəsi ilə bağlı müzakirələr başlayıb. Komissiya AKP Bingöl millət vəkili Cevdet Yılmazın sədrliyi ilə toplanıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu terror aktları ilə bağlı açıqlama verib:
"Son 12 ayda təhlükəsizlik qüvvələrimiz tərəfindən 200 terror aktının qarşısı alınıb. 2016-2022-ci illər arasında 1248 terrorçudan 393-ü ifadələrində HDP vasitəsilə PKK-ya qoşulduqlarını bildirib. Eyni zamanda bu il 18 canlı bomba hücumunun qarşısı alınıb”.
Ayşən