Süleyman Soylu vətəndaşlara səsləndi: Əlinizdə nə varsa, göndərin - VİDEO

Süleyman Soylu vətəndaşlara səsləndi: Əlinizdə nə varsa, göndərin - VİDEO
DÜNYA
13:05 13.02.2023
255
Türkiyənin Daxili işlər naziri Süleyman Soylu zəlzələnin episentri olan Kahramanmaraşda açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, Kahramanmaraş Fəlakət Koordinasiya Mərkəzində danışan Süleyman Soylu şəhərdə 10 194 nəfərin həyatını itirdiyini, dünən isə 11 nəfərin xilas edildiyini bildirib.

Nazir, həmçinin fəlakət zonalarına göndərilən yardımlardan danışıb:

"Mən sevimli xalqımıza müraciət etmək istərdim. Əlinizdə nə varsa göndərin, çünki bu bölgədə milyonlarla insan var və hamının yeməyə ehtiyacı var. Pulsuz yeməkxanalar var. Təchizat tapmaqda çətinlik çəkəcəyik. İlkin göndərilənlər anbarlara yığıldı. Sonra rayonlara göndərildi. Daha sonra onu kəndlərə göndərdik. Kahramanmaraşda elə bir kənd yoxdur ki, ona hava və ya quru yolu ilə çatmayaq".
 


OXŞAR XƏBƏRLƏR