"Sülh Ermənistanın yeganə çıxış yoludur"

"Sülh Ermənistanın yeganə çıxış yoludur"
SOSİAL
17:57 06.07.2021
555
Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik təmin ediləcəyi təqdirdə, inkişaf üçün əsaslı zəmin mövcuddur. Azərbaycan isə bu reallığın güc mərkəzi statusunda çıxış etməkdədir: "Zəngəzur dəhlizinin açılması, bu yol vasitəsilə Şərqlə Qərbin mühüm bir kommunikasiya xətti əldə etməsi mühüm iqtisadi dividendlər vəd edir. Əminliklə bildirirəm ki, bu xətt gələcək illər üçün dünyada ən yüksək potensiallı yükdaşıma trayektoriyalarından birinə çevrilə bilər. Ermənistan bir dövlət kimi var olmaq istəyirsə, Azərbaycanın regionda yaratdığı reallıqlardan faydalanmalı və hər hansı bir təxribata yol verməməlidir. Əks halda, bu ölkə ən böyük pisliyi özünə etmiş olacaq. Ermənistan, həqiqətən də, xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərinə qoşulmalıdır”.

Ötən il sentyabrın 27-də başlamış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq formalaşıb. Vətən müharibəsindən dərhal sonra Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, Ermənistanın 30 illik işğalına son qoyub, müharibə yolu ilə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu müharibədə Azərbaycan xalqımıza qarşı 1992-ci il fevralın 26-da Xocalı kimi dəhşətli soyqırımını həyata keçirmiş Ermənistan ordusunu və bəşəriyyət üçün ən təhlükəli meyillərdən olan erməni faşizmini məhv edib. Hələ İkinci Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev postkonflikt dövründə Cənubi Qafqazın siyasi arxitekturasını şərh edərkən gələcəkdə bütün istiqamətlər üzrə inteqrasiya və inkişafın, xüsusən də uzunmüddətli sülh və təhlükəsizliyin yaradılmasının vacibliyini bildirib. Bunun üçün Azərbaycan təkliflərlə çıxış edib və bu təkliflər Ermənistanın kapitulyasiyası - 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunub. İkinci Qarabağ müharibəsindən sonra Prezident cənab İlham Əliyev bölgədə nəqliyyat kommunikasiyalarının bərpasının, iqtisadi əlaqələrin yaradılmasının Cənubi Qafqazdakı uzun müddətli sülh və təhlükəsizliyə, o cümlədən inkişaf və inteqrasiyaya töhfə olacağını bəyan edib. 

Son altı ayda Ermənistan həm də dərin siyasi böhran içindədir. İqtisadiyyatın və ordunun məhvi, erməni lobbisindən asılılıq, iqtidarla müxalifət arasında siyasətdən kənar kəskin mübarizə, siyasi möhtəkirlərin bir-birinə qarşı çirkin kampaniyası, siyasi reallıqların xalqdan gizlədilməsi, cəmiyyətin aldadılması, ən əsası isə dövlət və xalq maraqlarını düşünən vahid liderin olmaması siyasi böhran içərisində çabalayan hazırkı Ermənistanı səciyyələndirən əsas mənzərədir. Bu, həm də son otuz ildə Ermənistana rəhbərlik etmiş hərbi-siyasi xunta rejimi rəhbərlərinin və oxlokratik qüvvələrin favoriti kimi "əsl demokrat” adı ilə hakimiyyətə yiyələnmiş, siyasi cəhətdən qeyri-yetkin, qeyri-adekvat və irrasional birinin bütöv bir cəmiyyətə bəxş etdiyi fəlakətin mənzərəsidir. Son 30 ildə Cənubi Qafqazın bu iki dövləti arasında nəyin baş verməsindən asılı olmayaraq, Azərbaycan regionun və xalqların inkişafı naminə gələcəyə baxmağı təklif edir. Bununla bağlı olaraq Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün Azərbaycanın Ermənistanla sülh razılaşması üzərində işləməyə, sərhədlərin delimitasiya və demarkasiyasına ehtiyac var. Əlbəttə, bütün bu işlər birgə səylər tələb edir və bunlar birtərəfli qaydada həyata keçirilə bilməz.

Sülh müqaviləsinin bağlanması Ermənistanın siyasi və iqtisadi xilası olacaqdır, əks təqdirdə ermənilər dövlətçiliyini itirmək təhlükəsi ilə barışmalı olacaqlar. Çünki Azərbaycanın iqtisadi imkanları böyükdür və Qarabağı tamamilə bərpa etmək qüdrətindədir.

Nilufər Kərimova,
Bakı Turizm Peşə Məktəbinin direktoru, əməkdar müəllim

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı