"Sülh istəməyən Ermənistanın faciəsi"

"Sülh istəməyən Ermənistanın faciəsi"
SİYASƏT
11:09 06.10.2020
882
Azərbaycan dövləti hər zaman qonşuluq prinsiplərinə uyğun olaraq qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşayıb. Və bu gün də Azərbaycan qonşuları ilə qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir.
 
Lakin Ermənistan dövləti tərəfindən 1991-1993-cü illərin hərbi kampaniyası dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı öz yurd-yuvalarından qaçqın və məcburi köçkün olublar. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.

Hazırda ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar aparılır. Lakin Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində danışıqlarda istənilən hər hansı irəlliləyiş olmayıb. Azərbaycanın dövlətinin məqsədi regionda sülhün və sabitliyin təmin olunmasıdır. Məhz buna görə də Azərbaycan hər zaman müharibəyə qarşı olub və bu münaqişənin də həlli üçün sülh yolunun tərəfdarıdır. Lakin işğalçı Ermənistan bunu istəmədi. Azərbaycan ərazi bütövlüyünü alternativ yolla bərpa etməyə qadir olduğunu bu gün bir daha sübut etdi. Hazırda Milli Ordumuzun cəbhədə əldə etdiyi uğurlar bunun bariz nümunəsidir. 

Prezident İlham Əliyev "Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə qeyd edib ki, Ermənistan müharibə istəyir: "Onlar torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonun dəyişməsini istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı”. 

Ölkə başçsı qeyd edib ki, Ermənistan müzakirələri pozan tərəfdir: "Son iki ildə "inqilab”dan sonra Ermənistanın nə bəyan etdiyinə nəzər salındığında görünür ki, onlar həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərə və hərbi mövqelərə hücum ediblər”.

Bu gün  Azərbaycan barışmaz mövqeyində qalır: Ermənistan dövləti Azərbaycana məxsus Dağlıq Qarabağı və ətraf 7 rayonu geri qaytarmalıdır. Bunu etmədiyi halda Ermənistan dövləti və  xalqı bunun acı nəticəsini görəcək. İşğalçı Ermənistan dövləti sülhə hazır olmalıdır. Əks təqdirdə Azərbaycan Ordusu işğalçını geri oturdub sülhə məcbur edəcək.

Binəqədi RİH yanında İctimai Şuranın katibi, jurnalist Fuad Hüseynzadə


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
11:51 12.10.2026
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
11:49 12.10.2026
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
11:47 12.10.2026
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
11:45 12.10.2026
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
11:39 12.10.2026
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
11:38 12.10.2026
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
11:35 12.10.2026
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
11:33 12.10.2026
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
11:32 12.10.2026
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
11:22 12.10.2026
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:17 12.10.2026
İlham Əliyev İspaniya Kralını təbrik etdi