Azərbaycanla Ermənistan sülh müqaviləsi bağlayır: Hamı razıdır, təkcə… - TƏHLİL

SİYASƏT
15:05 26.01.2022
672

Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib. Bu barədə bazar ertəsi Ermənistanın Baş naziri Nikol Paşinyan feysbukdakı səhifəsində onlayn keçirilən mətbuat konfransında bildirib.

Həmçinin oxu:

Azərbaycan Prezidenti:"Ermənistandan müsbət xəbərlər alırıq"

Ermənistanda prezident də "gəmini" tərk etdi:"Paşinyan onu belə aldatmışdı” -TƏHLİL

Rəsmi Yerevan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində işlənməlidir:

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, imzalanmalıdır, lakin əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir, amma bu, bir sual və danışıqların nəticəsidir. Ermənistan bunlara hazırdır və biz bunu dəfələrlə bildirmişik”.

Azərbaycan prezidenti İlham Əliyev isə Ermənistan tərəfindən müsbət xəbərlərin gəldiyini bildirib: ""Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır”.

Belə olan halda iki ölkə arasında sülh sazişinin imzalanması nə qədər müddətə baş tuta bilər? Bu prosesı mane olmaq istəyən hər hansı bir qüvvə varmı?

Politoloq İlyas Hüseynov AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, ilk növbədə Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımalı və Azərbaycana qarşı ərazi iddialarından geri çəkilməlidir:


"Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə öz açıqlamalarında sülh müqaviləsinin imzalanmasına işarələr edir. Amma burada əsas məsələ hansı şərtlərin irəli sürüləcəyidir. Məsələn, delimitasiya prosesində də bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılmasında Ermənistan müəyyən şərtlər irəli sürüb. Vaxtaşırı bu şərtlərin geri götürüb Azərbaycanın şərtləri ilə razılaşırdı, amma sülh müqaviləsinin imzalanması təkcə Azərbaycan və Ermənistan arasında uzunmüddətli təhlükəsizliyi və sülhü təmin etməyəcək, burada bir sıra komponentlər olacaq. İlk növbədə Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıması, Azərbaycana qarşı ərazi iddialarından geri çəkilməsi önəmlidir. Daha sonrakı prosesdə delimitasiya işlərinə başlamaqla bu istiqamətdə komissiya yaratmaq, daha sonrakı mərhələdə demarkasiya işlərini yekunlaşdırmaq və dayanıqlı şəkildə nəqliyyat yükdaşımalarının aparmaq. Təbii ki, Zəngəzur dəhlizi vasitəsilə gələcəkdə elektrik enerjisinin, təbii qazın nəqli də nəzərdən keçirilə bilər”.

İlyas Hüseynovun bu məsələdə Rusiyanın da hansı mövqedə olacağından da danışıb:

"Burada Rusiyanın mövqeyi də maraqlıdır. Soçi razılaşmasına baxsaq, ötən ilin noyabrın 26-da imzalanmış bəyanatda Rusiya tərəfi delimitasiya ilə bağlı konsultativ yardım göstərməyə razılıq verib. Maraqlıdır ki, Avropa İttifaqı da eyni mövqedən çıxış edib. Digər tərəfdən delimitasiya və demarkasiya ilə bağlı proseslərlə yanaşı, bölgədə ən önəmli məsələlərdən biri də iqtisadi artımın yaradılması üçün Zəngəzur dəhlizinin çəkilməsidir. Artıq dəmir yolu ilə bağlı marşurut təstiqlənib, hər iki tərəf bunu qəbul edib. Artıq tərəflər arasında ikitərəfli münasibətlərdən daha yuxarı olan "3+3” formatında Moskvada görüş də baş tutub. Türkiyədə də görüşün keçirilməsi nəzərdə tutulur. Bu, çox önəmlidir. Çünki digər regional oyunçular da məsələnin içərisindədir və buna maraqlıdırlar. Bu, əsaslı, fundamental, tərəflər arasında gələcək perspektivləri nəzərdə tutan, düşmənçiliyə son qoyan və iqtisadi artımı ehtiva edən bir sənəd olmalıdır. Bunun üçün isə sadalanan komponentləri Ermənistan tərəfi mütləq şəkildə icra etməlidir”.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloqQabil Hüseynli Paşinyanın mövcud vəziyyəti təhlil edib. O, bildirib ki, Paşinyan bilir ki, Azərbaycan həm qalib tərəf kimi, həm də kifayət qədər güclü tərəf kimi ərazi bütövlüyü məsələsində prinsipialdır:


"Azərbaycan prezidenti də söylədi ki, Ermənistan tərəfindən müsbət xəbərlər gəlməkdədir. Paşinyan isə reallıqları əvvəldən də dərk edirdi, indi daha çox dərk etməyə başlayıb. Ermənistanın bir "qarınağrısı” da Qarabağın dağlıq hissəsindəki separatçılarla bağlıdır. Bu məsələ konteksində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması məsələsi gündəmdədir. Mənim fikrimcə, Paşinyan bu sözü deməyə hazırdır. Sadəcə olaraq daxili-ictimai rəydən çəkinir və ehtiyatlı hərəkər edir. Daxili-ictimai rəyi tədricən söylənilənləri həzm etməyə hazırlayır. Digər tərəfdən də Paşinyan yaxşı başa düşür ki, Azərbaycan həm qalib tərəf kimi, həm də kifayət qədər güclü tərəf kimi ərazi bütövlüyü məsələsində kifayət qədər prinsipialdır. Azərbaycan heç bir məsələdə geriyə çəkilməyəcək. Ona görə də bu reallıqlara uyğun olaraq hərəkət etməyə çalışır. Amma daxili-ictimai rəydə apardığı mübarizədə də çətinliklərlə üzləşir. Hətta akademik səviyyədə olan bir erməni də Qarabağ ərazisində azərbaycanlıların yaşaması faktını qəbul etmək istəmir. Onlar söyləyir ki, vaxtilə oradakı əhalinin 40 faizi azərbaycanlı, yerdə qalan hissəsi isə ermənillər olub. Bu insanlar (red: ermənilər) sözün əsl mənasında millətçilik xəstəliyinə tutulmuş, başa bəla bir millətdir və onlarla nəyisə həll etmək çox çətindir. Görünür ki, bu məsələ ardıcıl təzyiqlər, ciddi basqılar tələb edəcək. Bu istiqamətdə də işlər gedir. Mən əminəm ki, Ermənistan siyasi rəhbərliyi prezidentin istefasından sonra əlini xeyli gücləndirib. Demək olar ki, rəhbərliyi vahid əldə cəmləşdirə bilib. Bu səbəbdən hesab edirəm ki, sülh və s. kimi bütün istiqamətlərdə lazımi addımlar atmağa hazırlaşırlar”.

Politoloq onu da qeyd edib ki, hər hansı qüvvələr bu məsələyə müdaxilə etməyə çalışsa belə, Azərbaycan qətiyyəli mövqedədir:

"Burada bir Rusiya faktoru da var. O bir tərəfdən vasitəçi moderator kimi rol oynayır. Elə bil ki, arabanın beşinci təkərinə çevrilib və proselərə mane olmağa çalışır, ən azından indiki şəkildə saxlamaq istəyir. Amma Azərbaycan qətiyyətli mövqedədir və bu mövqeyi həyata keçirmək üçün lazım olan bütün addımları atacaq”.

Aydın Nuri 

OXŞAR XƏBƏRLƏR